Xürrəmilər hərəkatı


                 


    Azərbaycan xalqının ən böyük istiqlaliyyət mübarizəsi olduğu hər kəsə məlumdur.Bəli istiqlaliyyət dedik çünki bu hərəkat yanlız islam dininə qarşı yönəlməmişdir.Doğrudur xürrəmilər atəşpərəstlik dinini islama qarşı qoyur və islam dininin bəzi ehkamlarını rədd edirdilər.Ancaq qeyd etdiyimiz kimi bu bir azadlıq mübarizəsi idi.725 ci ildə ərəblər Azərbaycanda əhalini və mal qaranın siyahıya aldılar bunun la da əhali üzərinə qoyulan vergilər artırıldı.Ancaq əhalinin əsas narazılığına səbəb Abbasilər Xilafətinin yeritdiyi siyasət oldu.750 ci ildə Əməvilər sülaləsini devirən Abbasilər hakimiyyətə sahib oldular.Abbasilər hakimiyyətə gəldikdən sonra vergiləri bir neçə dəfə artırdılar. Xalqın narazlığına səbəb olan digər amillər isə ərəblərin köçürmə siyasəti və əhalinin əski dini inanclarının sıxışdırılması oldu. Ərəblər işğal etdikləri ərazilərə, o cümlədən Azərbaycana ərəb əhalisini köçürürdülər ki, bunun bir neçə məqsədi vardı :

  1. Yerlərdə özlərinə dayaq yaratmaq;
  2.  Sərhədyanı ərazilərin gücləndirilməsi;
  3. Dövlətdən müavinət alan əhalini köçürməklə dövləti müavinət dərdindən qurtarmaq;
  4. Torpaqsız ərəb kəndlilərini münbit torpaqlarla təmin etmək;

  Xilafət bəzən böyük ərəb qəbilələrinin hamısını birdən köçürürdülər. Yerli əhalinin və feodalların əraziləri hesabına onlar torpaqla təmin olunurdu. Göründüyü kimi yanlız aşağı təbəqə deyil, əhalinin bütün təbəqələri əraəblərdən narazı idi. Belə bir şəraitdə üsyan başlaması labüd idi. İlk böyük çıxışlar Beyləqanda Qəssab Müsafirin başçılığı ilə baş verdi(748-752). Lakin Abbasilər bu üsyanı yatırdılar. 

  Xürrəmilər ilk çıxışı 778-çi ildə,ikincisi isə 808-ci ildə baş verdi. Bu iki üsyana Cavidan başçılıq edirdi,lakin bu üsyanlar amansızlıqla yatırıldı . 816-cı ildə Babək üsyana başçılıq erməyə başladı. Məhz Babəkin gəlişi ilə bu üsyan milli səciyyə daşımağa başladı. Babək üsyançıları vahid mərkəzdə toplamaq üçün bir sıra tədbirlər gördü və 819 cu ildə Babəkin başçılığı altındakı xürrəmilər ilk ərəb nizami qoşunu ilə meydan savaşına başladı. Bu döyüşdə xürrəmilər qətiyyətli qələbə qazandılar. 829 -cu ildə I Həşdatsər, 830-cu ildə I Həmədan döyüşlərində Xürrəmilər qətiyyəti qələbələr qazandılar və Həmədan şəhəri daxil olmaqla Azərbaycanın böyük bir qismini ərəblərdən təmizlədilər. 833-cü ildə II Həmədan döyüşündə Xürrəmilər ilk dəfə məğlub oldular. Bu qələbə ərəblərə bundan əvvəlki səhvlərinin nədə olduğunu göstərdi. Onlar Bizansla müharibəni dayandırıb bütün Xilafətin iqtisadi və hərbi gücünü Xürrəmilərə qarşı yönəltdilər. Buna baxmayaraq xürrəmilər 836-cı ildə II Həşdatsər döyüşündə qalib gəldilər. Yeni ərəb qoşunları komandanı,türkəsilli sərkərdə Afşin Babəkin yaxın adamlarını öldürdərək ona güclü zərbə vurdu. 837 ci ildə Bəzz qalası yaxınlığında Xürrəmi-Ərəb qoşunları arasında güclü döyüş baş verdi. Bu xürrəmilərin son döyüşü oldu,Bəz qalası alındı.Babəkin Şimali Azərbaycana gələrək Bizansdan yardım almaq cəhdi boşa çıxdı. Səhl ibn Sumbat adlı feodal xəyanətlə onu Ərəblərə təhvil verdi. Xürrəmilər hərəkatı məğlub olsa da Ərəb Xilafətini sarsıtdı və dağılmasını sürətləndirdi.Babəkin öz canı və qanı ilə uğrunda savaşdığı istiqlaliyəti xalqımız onun ölümündən sonra əldə qazandı.
  Rariximizi və tarixi şəxsiyyətlərimizi unutmayaq

            

                  TaNaT


Yorumlar